Dusunenprimat.blogspot.com
elmi-fəlsəfi-dini maarifləndirici məqalələrin paylaşılması üçün nəzərdə
tutulmuş sayt-bloqdur. Müəllifi eks-müsəlman, hazırda aqnostik-ateist olan gənc
bir yazardır.
Son zamanlarda
dini propoqandaların, xürafatın, ekstremizmin yayılması düşünməyə cəsarət edən
hər bir kəsi, şübhəsiz ki, narahat edir. Xürafat və ekstremizmin ayaq tutub
yeriməsi nəticəsində Azərbaycan xalqı kimi rəngarəng potensiala sahib bir millət
getdikcə savadsızlıq və cəhalət uçurumuna yaxınlaşır. Şübhəsiz ki, xürafat və
ekstremizm qədər cəmiyyətdə fəsad törədəcək başqa nüans yoxdur. Ölkəmizin
insanı tarixin ən böyük yalanı - din tərəfindən istismar edilir, haqları
tapdanır. Din adamları bilərək yaxud bilməyərək cahil kütləni müxtəlif hiyləgər
vasitələrlə aldadaraq onların həyatını çəkilməz zindana çevirir, azadlıqlarını
məhdudlaşdırır, düşünmə qabiliyyətlərini korlayırlar. Fikirləşə bilmə qabiliyyətini
itirmiş fərd dinin və din adamlarının köləsinə çevrilərək cəmiyyətdə istər əmin-amanlıq,
istərsə də maarifçilik üçün potensial təhlükə yaradır. Müqəddəs kitablardakı, həmçinin
din adamlarının yazılarındakı nifrət saçan şüarları kainatın gerçəkliyi kimi
görən inanclı zehniyyət sülhün və əmin-amanlığın ən böyük düşmənidir. Eyni
zamanda, azad düşünməyin haram olduğu bir dinə inanan zehniyyət cəmiyyətin elmi
yöndən tərəqqi etməsinin önündə ən böyük əngəldir. Çünki tərəqqi yalnız və
yalnız rasyonal və tənqidi düşüncə ilə baş verə bilər.
Bütün bunları
düşünərək insanlara xürafatdan əlavə, digər elmi-fəlsəfi fikirlərin təklif
olunmasının zəruri olduğu qənaətinə gəldim. Azərbaycan türkcəsində çoxlu dini
saytlar olmasına baxmayaraq, rasyonalist elmi-fəlsəfi saytaların sayısı barmaq
sayısı qədər çox azdır. Bu cür saytların azlığı səbəbi ilə
dusunenprimat.blogspot.com sayt-bloqunu açmağı məqsədə uyğun bildim.
“Əgər insanlara yardım edirsinizsə, sizi təbrik
edirəm, Allahdan daha mərhəmətlisiniz!” Prof., dr., Riçard Daukinz.
Hiç yorum yok:
Yorum Gönder