13 Eylül 2017 Çarşamba

Quran ziddiyyətləri - 3


QURANDA ALLAHIN VƏSFLƏRİ VƏ DAVRANIŞLARI BİR-BİRİNİ YALANLAYIR

Məlum olduğu kimi Quran tez-tez, xüsusən ayələrin sonunda Allahın adlarını çəkərək onu vəsf edir. Bununla birlikdə Quran ayələrində, birbaşa yaxud dolayı yolla Allah müxtəlif xüsusiyyətlərlə vəsf olunur. Quranda Allahın “ədalətli”, “mərhəmətli”, “sonsuz elm sahibi”, “mərhəmətlilərin ən mərhəmətlisi”, “hikmətli”, “özündən razı”, “sonsuz əzab edici”, “hər şeyi yaradan”, “hər şeyi eşidən”, “hər şeyi görən”, “mükəmməl”, “noqsansız”, “bağışlayan”, “cəzalandıran”, “ruzi verən/qısan”, “hər şeyi bilən” və s. xüsusiyyətlərə malik olduğu bildirilir. Allahın vəsfləri üzərində sorğulayıcı mövqe ilə düşünsək, həmin vəsflərdə paradoks olduğunu rahat bir şəkildə görə bilərik. Deyə bilərik ki, Qurandakı bütün ziddiyyətlərin fonunda ən böyük paradoks Allahın vəsflərinin bir-biri ilə zidd düşməsidir. Gəlin baxaq:

Haqqımızda


Dusunenprimat.blogspot.com elmi-fəlsəfi-dini maarifləndirici məqalələrin paylaşılması üçün nəzərdə tutulmuş sayt-bloqdur. Müəllifi eks-müsəlman, hazırda aqnostik-ateist olan gənc bir yazardır.

Son zamanlarda dini propoqandaların, xürafatın, ekstremizmin yayılması düşünməyə cəsarət edən hər bir kəsi, şübhəsiz ki, narahat edir. Xürafat və ekstremizmin ayaq tutub yeriməsi nəticəsində Azərbaycan xalqı kimi rəngarəng potensiala sahib bir millət getdikcə savadsızlıq və cəhalət uçurumuna yaxınlaşır. Şübhəsiz ki, xürafat və ekstremizm qədər cəmiyyətdə fəsad törədəcək başqa nüans yoxdur. Ölkəmizin insanı tarixin ən böyük yalanı - din tərəfindən istismar edilir, haqları tapdanır. Din adamları bilərək yaxud bilməyərək cahil kütləni müxtəlif hiyləgər vasitələrlə aldadaraq onların həyatını çəkilməz zindana çevirir, azadlıqlarını məhdudlaşdırır, düşünmə qabiliyyətlərini korlayırlar. Fikirləşə bilmə qabiliyyətini itirmiş fərd dinin və din adamlarının köləsinə çevrilərək cəmiyyətdə istər əmin-amanlıq, istərsə də maarifçilik üçün potensial təhlükə yaradır. Müqəddəs kitablardakı, həmçinin din adamlarının yazılarındakı nifrət saçan şüarları kainatın gerçəkliyi kimi görən inanclı zehniyyət sülhün və əmin-amanlığın ən böyük düşmənidir. Eyni zamanda, azad düşünməyin haram olduğu bir dinə inanan zehniyyət cəmiyyətin elmi yöndən tərəqqi etməsinin önündə ən böyük əngəldir. Çünki tərəqqi yalnız və yalnız rasyonal və tənqidi düşüncə ilə baş verə bilər.

Bütün bunları düşünərək insanlara xürafatdan əlavə, digər elmi-fəlsəfi fikirlərin təklif olunmasının zəruri olduğu qənaətinə gəldim. Azərbaycan türkcəsində çoxlu dini saytlar olmasına baxmayaraq, rasyonalist elmi-fəlsəfi saytaların sayısı barmaq sayısı qədər çox azdır. Bu cür saytların azlığı səbəbi ilə dusunenprimat.blogspot.com sayt-bloqunu açmağı məqsədə uyğun bildim.

“Əgər insanlara yardım edirsinizsə, sizi təbrik edirəm, Allahdan daha mərhəmətlisiniz!” Prof., dr., Riçard Daukinz.


28 Ağustos 2017 Pazartesi

Dində "imtahan" anlayışı - 1


Məlum olduğu kimi, monoteist dinlərin ehtiva etdiyi ən əsas anlayışlardan biri də imtahan anlayışıdır. İmtahan haqqında dini mətnləri incələdiyimiz zaman bir çox absurd və ziddiyyətli nöqtələrlə qarşılaşmağımız qaçınılmazdır. Qurana görə insanın yaradılış qayəsi tanrı Allaha ibadət etmək (yəni Allahın razı qaldığı işlər görmək), dünya həyatının qayəsi isə insanların Allaha itaət edib/etməməklə imtahan olunmasıdır:

27 Ağustos 2017 Pazar

Quran ziddiyyətləri - 2


QURAN BİR TƏRƏFDƏ ÖZÜNÜN “AÇIQ-AYDIN” OLDUĞUNU VƏ DİNİN “ASAN” OLDUĞUNU İDDİA ETMƏKLƏ BƏRABƏR DİGƏR AYƏLƏR VƏ GERÇƏKLİK BUNU YALANLAYIR (Bu həddindən artıq geniş mövzudur. Lakin imkan və vaxt məhdudiyyəti səbəbi ilə qısa kəsməyə çalışacam)

Quran ziddiyyətləri - 1


        QURAN -ALLAHIN ƏDALƏTLİ OLDUĞUNU, AĞLI İŞLƏTMƏYİ ƏMR ETDİYİNİ VƏ ALLAHIN HƏR KƏSİ POTENSİALI QƏDƏR YÜKLƏDİYİNİ BİLDİRDİYİ HALDA AĞLINI VƏ MƏNTİQİNİ POTENSİALLARI DAXİLİNDƏ OBYEKTİV ÇALIŞDIRARAQ İSLAMI İNKAR ETMƏK NƏTİCƏSİNƏ GƏLƏN İNSANLARI ƏBƏDİ CƏHƏNNƏMƏ ATARAQ VƏHŞİCƏSİNƏ İŞGƏNCƏ EDƏCƏYİNİ- DEMƏKLƏ ZİDDİYYƏT EHTİVA EDİR:

Niyə İslamı tərk etdim?


Bir zamanlar bilgili bir dindar ikən, sorğulamalarım nəticəsində İslamı tərk etdim. Bu yazımda qısa olaraq dindarlıq həyatımı və dini tərk etmə səbəblərimi qələmə aldım:

26 Ağustos 2017 Cumartesi

Ömər Xəyyam - Rübailər 1



XI əsrin aqnostik-ateist filosof-şairi, böyük mütəfəkkir Ömər Xəyyam öz yaradıcılığı ilə digərlərindən seçilmişdir. Yaşadığı dövrün mühitinə baxmayaraq düşünməyə cürət edən Ömər Xəyyam fəlsəfi fikirlərini öz rübailərində əks etdirmişdir: