26 Ağustos 2017 Cumartesi

Ömər Xəyyam - Rübailər 1



XI əsrin aqnostik-ateist filosof-şairi, böyük mütəfəkkir Ömər Xəyyam öz yaradıcılığı ilə digərlərindən seçilmişdir. Yaşadığı dövrün mühitinə baxmayaraq düşünməyə cürət edən Ömər Xəyyam fəlsəfi fikirlərini öz rübailərində əks etdirmişdir: 

Məzhəb, din düşünür bir yığın insan, 
Bir yığın da «şəklə» «yəqində» heyran.
«Qafillər, yol nə o, nə budur!» - deyə 
Pusqudan qışqırır biri nagahan. 

Cənnət – cəhənnəmə girən yox, könül, 
Gedib o dünyanı görən yox, könül. 
Ümid və qorxumuz o şeydəndir ki,
Onlardan heç nişan verən yox, könül.

Əlimdə olsaydı əgər iqtidar,
Bu köhnə fələki kökündən yıxar,
Təzədən elə bir fələk qurardım
Ki, hər kəs yaşardı azad, bəxtiyar.

Mey içsən ağıllı bir insanla iç, 
Ya incə gülüşlü bir cananla iç 
Çox içmə, gizlin iç, meyə alışma, 
İçsən xumar gözlü bir ceyranla iç. 

İnsana daima qəm verir fələk,
Bir qursa, birini da ğıtsın gərək. 
Dünyaya gəlməyən bilsə gələnlər 
Nə çəkir, gəlməkçün bəsləməz dilək. 

Ey fələk, xəsisə izzət verirsən, 
Ev, hamam, dəyirman, sərvət verirsən, 
Sənin tək fələkə tüpürmək gərək; 
Azad adamlara zillət verirsən. 

Saqi, xoş ətrili qırmızı mey ver, 
Boş danışıqlara qoyma qalsın yer! 
Zaman torpa ğımı kuzə etməmiş, 
Mey içim, edim mən çəmənzari seyr. 

Mey içim gərək mən gənclik zamanı, 
Şərabla unudum bütün dünyanı. 
Acı olsa belə mey həyatımdır, 
Xoşdur acı ömrün ən çətin anı.  

Tanrı, yaratmısan bir incə dilbər, 
Bir doda ğı şə kər, saçları ənbər, 
Sonra da deyirsən ona baxma, bu 
Əy, ancaq dağıtma deməyə bənzər. 

Yaradan dünyanı neçin yaratdı! 
Sonra dəyişməyə neçin əl atdı. 
Ə gər gözəldisə məhvi nə layiq? 
Çirkinsə nə üçün qüsura batdı. 





















Hiç yorum yok:

Yorum Gönder