27 Ağustos 2017 Pazar

Quran ziddiyyətləri - 1


        QURAN -ALLAHIN ƏDALƏTLİ OLDUĞUNU, AĞLI İŞLƏTMƏYİ ƏMR ETDİYİNİ VƏ ALLAHIN HƏR KƏSİ POTENSİALI QƏDƏR YÜKLƏDİYİNİ BİLDİRDİYİ HALDA AĞLINI VƏ MƏNTİQİNİ POTENSİALLARI DAXİLİNDƏ OBYEKTİV ÇALIŞDIRARAQ İSLAMI İNKAR ETMƏK NƏTİCƏSİNƏ GƏLƏN İNSANLARI ƏBƏDİ CƏHƏNNƏMƏ ATARAQ VƏHŞİCƏSİNƏ İŞGƏNCƏ EDƏCƏYİNİ- DEMƏKLƏ ZİDDİYYƏT EHTİVA EDİR:

-   Quran`da Allahın ədalətli olduğu və zülm-haqsızlıq etmədiyi vurğulanır:

“Rəbbinin kəliməsi (Quran) doğruluq və ədalət baxımından tamdır”. (6:115)

“(Qiyamət günü) Onlara zülm edilmədən ədalətlə hökm edilər”. (10:54)

“Allah zərrə qədər haqsızlıq etməz”. (4:40)

Bu ayələr bizə bildirir ki, Quranın tanrısı insanlara qarşı ədalətli davranır (guya) və zərrə qədər haqsızlıq etmir.

-   Eyni zamanda Quran Allahın hər bir kəsi bacardığı qədər yüklədiyini bildirir:

“Allah hər kəsi öz potensialı qədər mükəlləf edər”. (2:286)

Bu ayədə Quran bizə bildirir ki, guya insanın Allahın bütün əmrlərini –İslama inanmaq əmri də daxil olmaqla- yerinə yetirməyə gücü çatır.

-   Quran insanlara düşünməyi və ağlını işlətməyi tövsiyə edir:

“Ağlınızı işlədəsiniz deyə Allah sizə ayələrini belə açıqlayır.” (2:242)

“Allah əzabı ağıllarını işlətməyənlərə verər”. (10:100)

Bu ayələrdən belə anlayırıq ki, guya Allah ağlını işlədənləri sevir və ağlı işlətməyənlərə əzab verir. Bir azdan Qurana görə bunun heç də belə olmadığını, hətta əksinə, ağlını işlədənləri əzablandırdığını sizə göstərəcəm.

-   Quran Allahın İslama inanmayanları əbədi cəhənnəmə atacağını bildirir:

“İnkar edib ayələrimizi yalanlayanlara gəlincə, onlar üçün alçaldıcı əzab vardır”. (22:57)

“İnkar edən və insanları Allahın yolundan uzaqlaşdıranların çıxarmaqda olduqları fəsadlarına qarşılıq olaraq əzablarının üstünə əzab artırarıq”. (16:88)

“İnkar edənlərin nə malları, nə də övladları onları Allahdan qurtara bilməz. Onlar atəş əhlidirlər. (Diri-diri yanan halda) Onlar orada əbədi qalacaqlar”. (3:116)

Deməli, bir şəxs İslamın doğru din olduğuna inanmazsa, hətta xeyirxah və vicdanlı bir insan olsa belə əbədi olaraq cəhənnəmdə mərhəmətsizcəsinə tüklərürpərdici işgəncə görəcək (hum fihə xalidun):

“100000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000... Sonsuz illər boyunca dəhşətli əzab! Bu mərhəmətli Allah anlayışıyla ziddir”.

-   Quranda İslamın doğru din olduğuna şübhə edənlərin şübhələndiklərinə qarşılıq olaraq əbədi cəhənnəm əzabına məruz qalacağı iddia edilir:

“Doğrusu, onlar mənim zikrimdən (Qurandan) şübhə içindədirlər. Onlar mənim əzabımı hələ dadmayıblar”. (38:8)  
“Fəqət onlar (kafirlər) şübhə içində oynayırlar”. (44:9)

“Atın cəhənnəmə hər şübhə edən kafiri!” (50:24-25)

Qeyd: Ayə uyduranda elə şey uydurmaq lazımdır ki, heç olmasa ağıllı adamları inandıran bir tərəfi olsun.

Deməli, bir şəxs İslamın doğru din olub-olmadığı barəsində (məsələn, Hz.Muhəmmədin elçiliyi, axirətin varlığı, Allahın varlığı, Musanın dənizi yarması, Süleymanın qarışqayla danışması və s.) şübhə içində olarsa kafir (inkarçı) olduğu üçün əbədi olaraq cəhənnəmdə tüklər ürpərdici işgəncəyə məruz qalacaq.
Buraya qədər mövzuya dair ayələri göstərdim. İndi mövzunun anlaşılması üçün “inanmaq” barədə mühüm bir neçə söz deyək. Sizə “dəvənin iynənin dəliyindən keçməyi mümkündür” desəm, inanarsınız mı? Ağıl sahibi buna inanmaz. “Buna inanıb/inanmamaq sizin öz seçiminizdir, yoxsa həyat təcrübənizin sizdə yaratdığı məntiq vasitəsi ilə qısa müddətdə gəldiyiniz nəticədir?” deyə soruşsam ağıl sahibi hər kəs inanmağın seçim yox, insanın içindən gələn bir şey, yaxud məntiqi nəticə olduğunu deyər. Deməli, inanmaq seçim yox, insanın gəldiyi fikri nəticədir. İslam insanın gələcəyi fikri nəticənin fərqli olduğuna səbr göstərə bilmir və özünün elm xarici, məntiqsiz bir din olduğunu biruzə verir. Çünki şübhələnmək, düşünmək, ağıl yürütmək və soğrulamaq elmin əsas prinsiplərindəndir. İslam dini isə bu prinsiplərlə ya birbaşa, ya da dolayı yolla paradoksdadır.
Mövzunun anlaşılması üçün “şübhələnmək” haqqında da bir neçə söz demək lazımdır. “Şübhə etmək” insan beyninin bir funksiyasıdır. Bu funksiya həyatda baş verə biləcək təhlükələrə qarşı, insanın müdafiə mövqeyinə keçməyinə səbəb olur. İnsanın hər hansı bir mövzuda şübhə etməyi olduqca (!) təbiidir və ağlını çalışdıran hər kəsin şübhələnməsi qaçınılmazdır. Quranın bir tərəfdə ağlı işlətməyə çağırması, digər tərəfdə isə şübhə etməyi əbədi cəhənnəmlik günah sayması bu kitabın həm özü ilə, həm də gerçəkliklə açıq-aydın ziddiyyətdə olduğunu göstərir.
  
İndi gəlin Quranın bu mövzularda gözdən qaçan tutarsızlıq və ziddiyyətlərinə baxaq:

İlk olaraq Quranın özü-özünü ifşa etdiyi ayəyə nəzər salaq:

“Onlar hələ də Quranı düşünüb anlamağa çalışmırlar mı? Əgər o Allahdan başqası tərəfindən olsaydı, mütləq onda bir çox ziddiyyət tapardılar”. (4:82)

Bir insan düşünün. Həyatındakı ən xırda məişət işlərində belə öz mənfəətini təmin etmək üçün şübhələnirsə, bu cür qarışıq və böyük bir mövzuda şübhə etməyin daha mühüm olduğunu bilərək səmimi və obyektiv gözlə həqiqət axtarışına çıxır.  Onun qarşısında onlarla din var. Bir neçə məşhur dini araşdırmağa başlayır və növbə onlardan biri olan İslama gəlir. Obyektiv araşdıran şəxs İslamın necə din olduğunu anlamaq üçün Qurana və hədislərə müraciət edir. Hər bir cəsur düşünən insan kimi (istər müsəlman, istər qeyrisi olsun) o, İslamda çoxlu ziddiyyət, tutarsızlıq, məntiqə və vicdana zidd şeylər görür və qərara gəlir ki bu uydurma dindir – eyni ilə digər dinlər kimi. Dinləri araşdırdıqdan sonra heç birinin obyektiv düşüncə ilə uzlaşmadığını bilərək məntiqi nəticəyə gəlir- aqnostik/ateist/deist yaxud panteist olur. Həyatını vicdanlı bir şəkildə yaşamağa qərar verir.
İslama görə bu insan dini inkar etdiyi və inanmadığı üçün əbədi olaraq cəhənnəmdə ən tükürpədici cəzalara – qaynar su (yaxud əridilmiş qurğuşun), irin içməyə, atəşin dərisini qovurmasına məruz qalacaq. Heç bitməyən, sonsuz bir əzab!
İnsana ağlını işlətməyi tövsiyə edən, Allahın hər kəsi potensialı qədər yüklədiyini iddia edən də Qurandır. Ancaq gördük ki, əslinə qalsa, heç də belə deyil. Ağlını işlədib, düşünən və öz potensialı daxilində həqiqəti araşdıran kəs cəzaya layiq bir iş görmüş olur. BU QURANIN AÇIQ-AYDIN VƏ ƏN BÖYÜK ZİDDİYYƏTİDİR! Burada gözdən qaçan incə məqam budur: Hz.Muhəmməd Quranı yazarkən/yazdırarkən insanların fərqli düşünməsinin təbii və normal olduğunu,  hər kəsə eyni prinsiplərlə yanaşmağın obyektiv olaraq yanlış olduğunu və insanların xarakter və tiplərinin eyniləşdirilməsinin mümkünsüzlüyünü anlaya bilməyib. Bu anlayışsızlıq səbəbi ilə müsəlmanlar, İslama qane olmayanları “nəfsinə uyan”, “cahil”, “azmış” adlandırırlar. Yəni, onlar İslamın hər kəsi əqli, məntiqi və vicdani olaraq qane edə biləcək bir din olduğunu düşünürlər. Halbuki, gerçəklikdə olan tamamilə fərqlidir. Problemi, başqa yöndən ələ alsaq deyə bilərik ki, müsəlmanlar hər bir hadisəni öz inanclarına dayandırır və öz inanclarına görə yozurlar. Biz dinsizlər isə, bir hadisəni incələyərək hər hansı bir nəticəyə gəlirik.  

Hiç yorum yok:

Yorum Gönder